...

Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2013 09:38 (UTC +04:00)
Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.
Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Azərbaycan, Bakı, 21 iyun / Trend /

Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Aşağı Əskipara kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti