...

Azərbaycan Silahlı Qüvvələri Günü erməni silahlıları atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2013 09:43 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri Günü erməni silahlıları qoşunların təmas xəttində atəşkəs rejimini pozub.
Azərbaycan Silahlı Qüvvələri Günü erməni silahlıları atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycan Silahlı Qüvvələri Günü erməni silahlıları qoşunların təmas xəttində atəşkəs rejimini pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Abdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti