...

Cəbhə xəttində gecə atışmaları davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2013 09:44 (UTC +04:00)
Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində silahlar susmur.
Cəbhə xəttində gecə atışmaları davam edir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində silahlar susmur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti