...

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2013 09:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndinlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti