...

Azərbaycan XİN: Ermənistan ABŞ Konqresinin alt komitəsinin qərarını düzgün şərh etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2013 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Ağayeva/

Ermənistan ABŞ Konqresinin Xarici təxsisat üzrə alt komitəsinin qəbul etdiyi qərarı düzgün şərh etmir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbaut xidmətinin rəhbəri Elman Abdullayev alt komitənin Dağlıq Qarabağ ermənilərinə deyil, münaqişə qurbanlarına ayırdığı yardım barədə qərarını şərh edərkən deyib.

2014-cü maliyyə ilində xarici yardım haqqında layihənin hazırlanmasına cavabdeh olan ABŞ-ın Nümayəndələr Palatasının alt komitəsi Suriya münaqişəsinin toxunduğu ölkələrin əhalisinə humanitar yardım göstərməyi prioritet olaraq seçib. Son 20 ildə ilk dəfə olaraq layihədə Qafqaz ölkələrinə yardım üçün konkret məbləğ göstərilməyib.

Alt komitə erməni yönümlü konqresmenlərin Dağlıq Qarabağa 2014-cü ildə 5 milyon dollar ayırmaq barədə tələbini rədd edib.

Abdullayev qeyd edib ki, alt komitənin bu qərarı münaqişənin qurbanlarına humanitar yardımın göstərilməsini nəzərdə tutur: "Buradakı münaqişə qurbanları isə Dağlıq Qarabağın Azərbaycan əhalisidir".

Onun sözlərinə görə, bundan başqa, alt komitənin üzvləri erməni yönümlü konqresmenlərin Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli üzrə danışıqlar prosesində iştirak etməsi barədə təklifini rədd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti