...

Azərbaycan XİN qeyri-qanuni yolla işğal olunan torpaqlara səfərlərə görə “qara siyahı”ya daxil edilən şəxslərin müraciətlərinə baxa bilər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2013 12:25 (UTC +04:00)
Azərbaycan XİN-ə daha əvvəl işğal olunan ərazilərə qeyri-qanuni səfər etdiklərinə görə nazirlik tərəfindən “qara siyahı”ya salınan şəxslərdən bu qərarın ləğv edilməsi ilə bağlı müraciətlər daxil olur. Orada həmin şəxslər bu qərarın ləğv olunması barədə xahiş edirlər.
Azərbaycan XİN qeyri-qanuni yolla işğal olunan torpaqlara səfərlərə görə “qara siyahı”ya daxil edilən şəxslərin müraciətlərinə baxa bilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan rəhbərliyinə və XİN-ə bundan əvvəl işğal olunan ərazilərə qeyri-qanuni səfər etdiklərinə görə nazirlik tərəfindən "qara siyahı"ya salınan şəxslərdən bu qərarın ləğv edilməsi ilə bağlı müraciətlər daxil olur. Orada həmin şəxslər bu qərarın ləğv olunmasını xahiş edirlər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

O vurğulayıb ki, Azərbaycan XİN belə müraciətlərə baxacaq.

Adətən belə müraciətlərdə bu şəxslər aldatma yolu ilə işğal olunan ərazilərə gətirildiklərini bildirirlər.

Nümunə kimi Abvdullayev qeyri-qanuni yolla Dağlıq Qarabağa səfər etdiklərinə görə nazirlik tərəfindən "qara siyahı"ya salınan Con Hopkins Universitetinin tələbələrini göstərib.

Öz müraciətlərində tələbələr göstərirlər ki, onların işğal olunan ərazilərə səfər etməyə Ermənistan Prezident Administrasiyasının əməkdaşları həvəsləndiriblər.

XİN-ə müraciət edənlər sırasında, o cümlədən Rusiya Dövlət Dumasının üzvü Aleksey Mitrofanov, "Amerikanın Səsi"nin Moskva bürosunun rəhbəri Ceyms Bruk və digər şəxslər var.

Öz müraciətlərində onlar bu səfərlərə görə təəssüfləndiklərini ifadə edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayır və öz soyadlarını göstərilən siyahıdan çıxarmağı xahiş edirlər.

Abdullayev bu şəxslərin soyadlarının "qara siyahı"dan çıxarılacağı təqdirdə onların bir daha işğal olunan ərazilərə səfər etməyəcəklərinə ümid etdiyini bildirib. Əks halda, Azərbaycan tərəfi beynəlxalq qaydalara uyğun olaraq, dövlət sərhədlərinin pozulmasına görə həbs olunmaq da daxil olmaqla daha ciddi tədbirlərə əl ata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti