...

Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz qətiyyətini təsdiqləyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2013 08:16 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri (səfirlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), həmçinin xüsusi nümayəndə Anjey Kasprşik) cümə günü Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşüblər.
Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz qətiyyətini təsdiqləyiblər

Azərbaycan, Bakı, 28 sentyabr / Trend /

ATƏT-in Minsk qrupunun həmsədrləri (səfirlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), həmçinin xüsusi nümayəndə Anjey Kasprşik) cümə günü Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşüblər. Trend-in təşkilata istinadən, bu barədə məlumat verir.

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, güc tətbiq edilməməsi və ya güc əsasında, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsində öz ölkələrinin dəstəyinə sadiqliyini vurğulayıblar.

Həmsədrlər həmçinin ATƏT-in Minsk qrupu ölkələrinin 2013-ci il 18 iyun tarixli üç prezidentin bəyanatına əsaslanaraq, tərəflər regionda gərginliyi artıra bu da münaqişənin genişlənməsinə gətirib çıxara bilən istənilən hərəkətlərdən və ya ritorikadan imtina etməyə çağırır.

Azərbaycan və Ermənistan XİN rəhbərləri həmsədrlərlə münaqişənin dinc yolla həllinə nail olmaq üçün işi davam etdirmək qətiyyətində olduqlarını təsdiqləyiblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu il üçün planlaşdırılmış prezidentlərlə yüksək səviyyədə görüşlərin keçirilməsini müzakirə etmək üçün regiona səfər etmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti