...

Səfir: Türkiyə ümidvardır ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2013 16:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığa daha ciddi təsir göstərəcək. Prezidentin gələcək səfəri yeni iqtisadi layihələrin reallaşması üçün zəmin ola bilər.
Səfir: Türkiyə ümidvardır ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkəcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığa daha ciddi təsir göstərəcək. Prezidentin gələcək səfəri yeni iqtisadi layihələrin reallaşması üçün zəmin ola bilər.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun səfirlikdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq bütün bölgənin rifahına yönəlib:

"İki ölkə arasında bir sıra ciddi iqtisadi layihələrə start verilib. Onlardan biri də TANAP-dır. Bu, çox önəmli və strateji layihələrdən biridir. Türkiyə ilə Azərbaycan bütün potensiallardan istifadə etməyə çalışırlar. Bu layihələr təkcə iki ölkənin deyil, bütün regionun inkişafına müsbət təsir edəcək".

Səfir həmçinin qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyini həmişə dəstəkləyib, bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləmək istiqamətində addımlar atmağa çalışıb və bundan sonra da dəstəyini davam etdirəcək: "Türkiyə hökuməti ümidvardır ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən əl çəkəcək. Bölgədə sülhün və əmin-amanlığın olması Türkiyə üçün çox önəmlidir".

İ.A.Coşqun əlavə edib ki, Azərbaycanla Türkiyə arasında hərbi müdafiə sahəsində mövcud əməkdaşlıq bundan sonra da davam və inkişaf etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti