...

Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Oktyabr 2013 20:04 (UTC +04:00)
Bu gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib.
Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Bu gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib.

Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin "Şərq Tərəfdaşlığı"nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb və bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli Akvil Birgə Bəyanatında ehtiva olunan ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.

Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu vurğulanır.

Avropa Parlamentinin son qətnaməsi bir daha onu təsdiq edir ki, beynəlxalq birlik münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.

Xatırladaq ki, Avropa Parlamenti bundan əvvəl qəbul etdiyi qətnamələrində də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələrinin çıxarılmalı, bu torpaqların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtma hüquqlarına malik olduğunu bir daha təsbit etmiş və Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə nizami ordu göndərilməsinin dayandırılmasını tələb etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti