...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2013 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Erməni silahlı bölmələri yenidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi, Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti