...

Səfirlik: Bakı Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə suriyalı ermənilərin köçürülməsi üzrə fəaliyyətindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2013 18:38 (UTC +04:00)
Rəsmi Bakı Ermənistanın erməni mənşəli suriyalı qaçqınların işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsinə dair fəaliyyətindən narahatdır.
Səfirlik: Bakı Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə suriyalı ermənilərin köçürülməsi üzrə fəaliyyətindən narahatdır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Rəsmi Bakı Ermənistanın erməni mənşəli suriyalı qaçqınların işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsinə dair fəaliyyətindən narahatdır. Bu barədə Trend Azərbaycanın Moskvadakı səfirliyinin məlumatına istinadən xəbər verir.

RİA Novosti-yə daxil olan sənəddə deyilir: "Ermənistan öz qanunsuz fəaliyyətini davam etdirir. Ermənistan, ilk növbədə, hərbi işğalı və onun fəsadlarını davam etdirmək, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişmək üzrə aktivlik məqsədi güdən səylər göstərir ki, bununla da beynəlxalq ictimaiyyətin bu cür fəaliyyət növünün pislənilməsi üzrə mövqeyi ilə hesablaşmır".

Səfirlik qeyd edir ki, bu yaxınlarda Suriyadan təqribən 200 erməni qaçqın işğal edilmiş Zəngilan rayonu ərazisində yerləşdirilib ki, bu da Ermənistanın həyata keçirdiyi qanunsuz köçürmə siyasətinin bariz təsdiqidir:

"Bununla əlaqədar olaraq, Azərbaycan ümid edir ki, beynəlxalq ictimaiyyət bu köhnəlmiş problemin tez həll edilməsi, həmçinin hərbi işğalın nəticələrini qanunsuz köçürmə həyata keçirmək vasitəsilə möhkəmləndirmək cəhdlərinin qarşısının almaq üçün daha qəti mövqe nünayiş etdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti