...

Parlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2013 13:48 (UTC +04:00)
Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır.
Parlamentari: Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə Böyük Britaniyanın Lordlar Palatasının üzvü, "Global Counsel" təşkilatının sədri Piter Mandelson deyib.

Onun sözlərinə görə, münaqişə, heç şübhəsiz ki, regiona qeyri-sabitlik gətirib: "Bu qeyri-sabitliyin tərəflər arasında münaqişənin sülh yolu ilə nizamlanması vasitəsilə aradan qaldırılması böyük əhəmiyyət kəsb edir".

P.Mandelson qeyd edib ki, bu missiya ATƏT-in Minsk qrupuna həvalə edilib: "Biz ümid edirik ki, Minsk qrupunun bu istiqamətdə səyləri uğurlu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti