...

Mübariz Əhmədoğlu: Qarabağı itirmək qorxusu Ermənistanda imperativ instinktə çevrilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2013 13:04 (UTC +04:00)
"Dağlıq Qarabağ müharibəsinin başlamasında müstəsna rolu olan Zori Balayanın Gülüstan müqaviləsinin 200 illiyi ərəfəsində "rus çarı" Vladimir Putinə yazdığı məktub Ermənistan cəmiyyətində Qarabağı itirmək xofunu aşkarladı və gücləndirdi".
Mübariz Əhmədoğlu: Qarabağı itirmək qorxusu Ermənistanda imperativ instinktə çevrilir

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Dağlıq Qarabağ müharibəsinin başlamasında müstəsna rolu olan Zori Balayanın Gülüstan müqaviləsinin 200 illiyi ərəfəsində "rus çarı" Vladimir Putinə yazdığı məktub Ermənistan cəmiyyətində Qarabağı itirmək xofunu aşkarladı və gücləndirdi". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu qeyd edib ki, Z.Balayanın Rusiya Prezidenti V.Putinə yazdığı məktub Ermənistanda ən çox müzakirə olunan məsələ oldu: "Ermənistan siyasətçilərinin fikrincə, Z.Balayan Putini Qarabağa sahib çıxmağa dəvət edir. Ermənilərin Qarabağı saxlamağa gücü çatmır, Rusiya Qarabağa sahib olmalıdır. Qarabağ Ermənistanın deyil, Rusiyanın problemidir".

Politoloqun fikrincə, Qarabağın ermənilərin əlində Rusiya üçün problem olması Z.Balayanın dilindən səslənmiş ən düzgün fikirdir: "Qarabağ məsələsi İran ermənilərini Qarabağa köçürən şəxsin öldürülməsi ilə nəticələndi: Böyük Britaniyanın İrandakı səfirinin, İran şahının və İrandakı ermənilərin iştirakı ilə hazırlanmış plan əsasında İrandakı ermənilər Qriboyedovu terror vasitəsilə öldürdülər. Ermənilər Qriboyedovun qılığına girərək onda özlərinə qarşı güclü inam yarada bilmişdilər. Ermənilərin ruslara qarşı belə münasibəti Osmanlı ərazisində də özünü göstərdi. SSRİ kimi güclü dövlətin daxilində saxta pul kəsmək, Moskva metrosunda terror hadisəsi törətmək də bu kursun davamı idi. Ən nəhayət, ermənilər Qərbin xüsusi xidmət orqanlarının SSRİ-ni dağıtmaqla bağlı hazırladığı planın əsas icraçıları oldular. O baxımdan, Rusiya Qarabağ problemini tez həll etməklə özü üçün iri təhlükələrdən birini neytrallaşdıra bilər".

M.Əhmədoğlunun sözlərinə görə, vaxtilə Qarabağ müharibəsində komandirlik etmiş şəxslər Z.Balayanı ölümlə hədələdilər: "Z.Balayanı pula satılmaqda ittiham edənlər də az olmadı. Bəzi siyasilərin fikrincə, bu məktubu yazmaq ideyası Z.Balayana prezident aparatından verilib. Amma hələ ki cəmiyyətin bir qismi Z.Balayanın məktubuna haqq qazandırır: ruslar gəlməli və Azərbaycanı əzməlidir. Ermənistan Müdafiə Nazirliyi Strateji Tədqiqatlar İnstitutunun direktoru general Q.Kotancanyan Z.Balayanın məktubundan bu nəticəni çıxarıb".

Politoloqun sözlərinə görə, Ermənistanın ictimai-siyasi mühiti ölkədəki reallığı dərk etməkdən uzaqdır: "Əksəriyyəti müxalif olmaqla bir qrup erməni siyatəçi belə bir ideyanı ortaya qoyublar ki, Ermənistan rəhbərliyi hakimiyyətdə qalmaq üçün, amma suverenliyi qorumaq adı ilə Qarabağı verməyə hazırlaşır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti