Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir R. Hafizoğlu/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Ştatlara rəsmi səfəri zamanı verdiyi açıqlamada Türkiyə ilə ABŞ-ın Dağlıq Qarabağ probleminin həllinə eyni prizmadan yanaşdığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
Ə.Davudoğlu deyib: "Dağlıq Qarabağ probleminin tez bir zamanda həll ediləcəyinə və bununla da Qafqaz bölgəsində stabilliyin bərqərar olacağına ümid edirik".