...

Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2013 21:02 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində RF Prezidenti Vladimir Putinlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.
Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində RF Prezidenti Vladimir Putinlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.

Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, görüşdə Dağlıq Qarabağ problemi ilə yanaşı, Türkiyə-Ermənistan münasibətləri də müzakirə olunacaq.

Qeyd edək ki, R.T.Ərdoğan noyabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Rusiyada səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti