...

XİN: Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2014 18:53 (UTC +04:00)
ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımını tanıması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi fonunda erməni lobbisi primitiv yollarla deklarativ xarakterli qətnamə qəbul etməyə çalışır.
XİN: Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir S.Ağayeva/

ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımını tanıması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ifşa edilməsi fonunda erməni lobbisi primitiv yollarla deklarativ xarakterli qətnamə qəbul etməyə çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev mətbuat konfransında Ermənistan KİV-in Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumatları şərh edərkən deyib.

E.Abdullayev qeyd edib ki, bu sənədin qəbul edilməsi erməni lobbisinin maliyyə vəsaiti sayəsində mümkün olub: "Sənədin heç bir hüquqi qüvvəsi yoxdur və deklarativ xarakter daşıyır".

Onun sözlərinə görə, indiyədək ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18 qətnamə qəbul ediblər: "Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir".

Mətbuat katibi bildirib ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu həmin sənədin qəbul edilməsi ilə əlaqədar öz etirazını bildirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti