...

Döyüş tapşırığını yerinə yetirən əsgərimiz Xocalı faciəsinin ildönümü günü şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 17:05 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub.
Döyüş tapşırığını yerinə yetirən əsgərimiz Xocalı faciəsinin ildönümü günü şəhid olub

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 26-da saat 15:30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhid olmuş kiçik çavuş K.Nöhbalayev müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti