...

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində genişmiqyaslı təlimlər keçirir(FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2014 12:34 (UTC +04:00)
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.
Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində genişmiqyaslı təlimlər keçirir(FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilib, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilib.

Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin uzlaşdırılması və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti