...

Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs 44 dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2014 09:28 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyi: Cəbhədə atəşkəs 44 dəfə pozulub

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti