...

Səfir: İran Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinin əleyhinədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2014 15:36 (UTC +04:00)
İran regionda xarici sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinədir.
Səfir: İran Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinin əleyhinədir

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İran regionda xarici sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinədir. Bunu İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Rəisi cümə günü mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri "news.am" saytı yayıb.

Sülhməramlıların Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsinin mümkünlüyünü şərh edən iranlı diplomat bəyan edib ki, rəsmi Tehran belə təşəbbüslərə qarşı çıxış edir. Onun sözlərinə görə, məsələnin həlli Ermənistandan, Azərbaycandan və ATƏT-in Minsk qrupundan asılıdır: "Lakin mən əminəm ki, yad qüvvələrin yerləşdirilməsi regionun təhlükəsizliyini təhdid altında qoyacaq. İraq və Əfqanıstan buna parlaq nümunədir".

Eyni zamanda səfir qeyd edib ki, İran regionda hər hansı zorakılığın əleyhinədir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və hərbi əməliyyatların yenidən başlanması ehtimalının az olduğunu hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti