...

Adil Əliyev: Ermənilər Azərbaycanın uğurlarını qısqandıqlarından təxribata əl atırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Gönürür, ermənilər Azərbaycanın son illər müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlara qısqandıqlarından təxribata əl atıblar. Bu barədə Trend-ə millət vəkili Adil Əliyev son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

A.Əliyev qeyd edib ki, Ermənistan inkişafa acdır, əhalisi günbəgün azalır, iqtisadiyyatı dağılır, Rusiyanın köməyi olmadan bir gün də tab gətirməzlər: "Ona görə də yeganə "çarə" kimi bölgədə gərginliyi artırmaqda görürlər. Əvvəlcə soydaşlarımızı Kəlbəcərdə girov götürərək onlara işgəncə verdilər, indi də hərbçilərimizi hədəf aldılar. Ağdamı və bütövlükdə Azərbaycanı təmsil edən "Qarabağ" futbol komandasının qələbələri, Avropada tanınması da erməniləri hövsələdən çıxarmamış deyil".

Millət vəkilinin sözlərinə görə, digər, tərəfdən ermənilərin uzun illər sadiq tərəfdarı Vladimir Jirinovskinin qəfil Azərbaycanı tərifləməsi, o cümlədən rusiyalı rəsmilərin Azərbaycana artan səfərləri, iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi ermənilərin "birdən Rusiya Ermənistanı Azərbaycana qurban verər və Dağlıq Qarabağ əldən gedər" kimi xofun içində olduğunu göstərir: "Bu xofdan qurtulmağın yeganə yolunu isə təxribata əl atmaqda görürlər. Ermənilər savaş istəyirlərsə, həmin savaşı alacaqlar. Onlar bu təxribatları ilə əslində Qarabağ və ətraf rayonların azad olunması gününü yaxınlaşdırırlar. Çünki bizim savaşa onlardan çox ehtiyacımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq!"

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti