...

Klod Salhani: Ermənistan təmas xəttində gərginlik yaratmaqla nəyə nail olacaq?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 16:26 (UTC +04:00)
Son bir neçə gün ərzində erməni silahlı birləşmələri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində çox fəal olublar.
Klod Salhani: Ermənistan təmas xəttində gərginlik yaratmaqla nəyə nail olacaq?

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Klod Salhani, Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru

Son bir neçə gün ərzində erməni silahlı birləşmələri Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində çox fəal olublar.

Avqustun 1-də Azərbaycanın 8 hərbi qulluqçusu həlak oldu. İkinci gecə isə ermənilər Azərbaycan Silahlı Qüvvələrinin daha 4 hərbçisini öldürdülər.

Başqa sözlə, ermənilər qoşunların təmas xətti üçün "norma" hesab edilən atəşkəs rejiminin pozulması limitini aşdılar. Hazırda bu "norma" atəşkəsin hər gün 60-80 dəfə pozulmasıdır. Bəli, düz anladınız, hər gün 60-80 dəfə!

Ermənistanın nə üçün belə təhlükəli oyun oynadığı və qonşu Azərbaycanla və əsas regional güclərdən biri olan, Azərbaycanı dəstəkləyən qonşu Türkiyə ilə vəziyyəti daha da mürəkkəbləşdirməklə nəyə ümid etdiyi müəmmalı və tamamilə anlaşılmazdır.

Regionda Ermənistanın yeganə dostu Xəzər dənizi və Cənubi Qafqaz bölgəsində böyük siyasi çəkiyə malik Rusiyadır. Lakin Rusiya hazırda özünün bir yığın problemi ilə məşğuldur. RF Ukrayna və Krımda baş verənlərə cavab olaraq ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən sanksiyalarla qarşı-qarşıya qalıb.

Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə daha mədəni yanaşma - sülh yolu və danışıqlar yolunu seçməsi daha faydalı olardı. Hazırda zəif iqtisadiyyatdan, işsizliyin yüksək səviyyəsindən və işıqlı gələcəyin zəif perspektivlərindən əziyyət çəkən Ermənistan dövləti və xalqı üçün bu böhranın həllinə dinc yanaşma tapmağa cəhd etmək və Minsk qrupunun və onun həmsədrləri - ABŞ, Rusiya və Fransanın dəstəyi ilə Azərbaycanla danışıqlar masasına əyləşmək çox müsbət olardı.

Qonşu Ukraynada, İraqda, Suriyada və Qəzza sektorunda münaqişələrin alovlandığını nəzərə alsaq, Cənubi Qafqazda zorakılığın bərpası heç kimə xeyir gətirməyəcək çox pis ideyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti