...

Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2014 10:16 (UTC +04:00)
Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub.
Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulub

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Ordusunun mövqələri Ermənistan ərazisindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti