...

Ermənilərin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2014 10:21 (UTC +04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ermənilərin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Məlumata görə, eyni zamanda erməni silahlı bölmələri Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti