...

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə cəbhə xəttində yaranan gərginlik araşdırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2014 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 16-da Qazax rayonu Bala Cəfərli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Simon Tiller keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədirləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), elecə də C.Uorlikin koməkçisi David Salvo, İ.Popovun koməkçisi Yelena Kravçenko 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti