...

Müdafiə Nazirliyi: Ermənistanın mövqelərimizə hücum edən Mi-24 tipli helikopteri vurulub (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2014 16:29
Ermənistan ordusunun hərbi helikopteri cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən vurulub.
Müdafiə Nazirliyi: Ermənistanın mövqelərimizə hücum edən  Mi-24 tipli helikopteri vurulub (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Müdafiə Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 15:45-də yayılıb)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Ermənistan ordusunun hərbi helikopteri cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən vurulub.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikası tərəfindən Ermənistan SQ-yə məxsus helikopter vurulub.

Əraziyə Azərbaycan Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, bununla bağlı rəsmi açıqlama veriləcək.

XXX

Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti