...

"İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar vaxtaşırı davam edir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 15:54 (UTC +04:00)
İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar arası kəsilmədən, vaxtaşırı davam edir və ötən gün Ermənistana məxsus hərbi helikopterin Azərbaycanın hava məkanına soxulması da danışıqlar prosesini pozmaq üçün növbəti təxribat idi.
"İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar vaxtaşırı davam edir"

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar arası kəsilmədən, vaxtaşırı davam edir və ötən gün Ermənistana məxsus hərbi helikopterin Azərbaycanın hava məkanına soxulması da danışıqlar prosesini pozmaq üçün növbəti təxribat idi. Bu barədə Trend-ə Milli Məclisin Dağlıq Qarabağdan olan üzvü Elman Məmmədov deyib.

O, qeyd edib ki, Ermənistan Azərbaycanı zorla nəyəsə təhrik etməyə çalışır: "Azərbaycan ötən illər ərzində təkcə Ermənistanı deyil, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, Beynəlxalq Mülki Aviasiya Təşkilatını və digər beynəlxalq təşkilatları məlumatlandırıb, bəyanatlar verib ki, Azərbaycanın hava məkanı qanunsuz olaraq pozulsa, Azərbaycan qarşılıqlı tədbir görəcək".

Millət vəkili bildirib ki, Ermənistana məxsus helikopterin Azərbaycan Ordusu tərəfindən vurulması Azərbaycan ərazisində olub: "O Azərbaycan ərazisində ki, 20 ildən çoxdur ermənilər tərəfindən işğal olunub. Bu hadisə Ermənistan-Azərbaycan sərhədində və ya Ermənistan ərazisində baş verməyib. Azərbaycanın Ağdam rayonu ərazisində, təmas xəttinin yaxınlığında Ermənistana məxsus helikopterlər Azərbaycan səngərləri üzərindən dəfələrlə qanunsuz, təxribat xarakterli uçuşlar həyata keçiriblər və son günlərdə bu uçuşlar elə xarakter alıb ki, onlar hətta bizim mövqelərə atəş açmağa cəhd etməyə başlayıblar".

E.Məmmədov qeyd edib ki, xəbərdarlıqlara baxmayaraq, ermənilər bu təxribatı dayandırmayıb və Azərbaycan tam qanuni şəkildə, hava məkanını pozan düşmən hərbi helikopterini vurub: "Düşmən öz yerində oturdulmalıdır, düşmənə bu istiqamətdə güzəşt etmək olmaz. Ermənistanın bu təxribatı Azərbaycanı nəyəsə təhrik etmək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq xarakteri daşıyır və layiqli cavabını da aldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti