Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 26-da Avropa İttifaqı (Aİ) ölkələrinin Yerevanda akkreditə olunmuş səfirləri və Aİ-nin bu ölkədəki nümayəndə heyətinin rəhbəri, səfir Trayan Xristea ilə işgüzar nahar edib.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, S.Sarkisyan səfirlərlə Ermənistanın xarici siyasətindən danışıb və Ermənistan-Aİ əlaqələri və əməkdaşlığın inkişaf perspektivləri, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələlərinə, regional problemlər və çağırışlara toxunub.
O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərdən bəhs edib.