...

"Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri İranı narahat edir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2014 20:01 (UTC +04:00)
Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmanı qəbul edib.
"Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri İranı narahat edir"

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycan və İran arasındakı əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran İslam Respublikasının mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ə.İ.Türkman ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrinin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilat barəsində məlumat verərək, onun dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini qeyd edib və bu təşkilatın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Təşkilat rəhbəri Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti