...

Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırış etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2015 17:23 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerkalı həmsədri Ceymus Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həllinə sadiq qalmağa çağırıb.
Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırış etdi

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT-in Minsk qrupunun amerkalı həmsədri Ceymus Uorlik Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həllinə sadiq qalmağa çağırıb.

C.Uorlik Trend-in 2015-ci ilin atəşkəsin daha intensiv pozulması ilə başlanmasına dair sorğusuna cavab olaraq bildirib ki, həmsədrlər münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün tərəflərlə yüksək səviyyədə işi davam etdirəcək.

Həmsədr həmçinin deyib ki, sülh sazişinin əldə olunması istiqamətində danışıqların aparılması və qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədlərində insidentlərin baş vermə ehtimalını azaldacaq tədbirlərin görülməsi gərginliyin azalmasına səbəb olacaq: "Biz tərəfləri bu cür təklifləri ciddi şəkildə nəzərə almağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti