Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/
Ermənistanın Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib: "Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir".