Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/
Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun təmas xəttində baş verən hadisələrlə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Trend-in məlumatına görə, diplomat öz "twitter" mikrobloqunda yazıb: "Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm".