...

Baş prokuror erməni girovluğunda olan azərbaycanlılarla bağlı cinayət işinin istintaqını xüsusi nəzarətə götürüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2015 16:55 (UTC +04:00)
Erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqı Baş prokurorun xüsusi nəzarətinə götürülüb.
Baş prokuror erməni girovluğunda olan azərbaycanlılarla bağlı cinayət işinin istintaqını xüsusi nəzarətə götürüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

Erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqı Baş prokurorun xüsusi nəzarətinə götürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisində olarkən, münaqişə tərəfinin silahlı qüvvələrinin tərkibinə daxil olmayan və bilavasitə döyüş əməliyyatında iştirak etməyən mülki şəxslər olmalarına baxmayaraq, işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülərək onlara işgəncələr verilməsi, beynəlxalq hüquq normalarına qəsdən zidd olaraq həbs edilib prosessual hüquqlardan məhrum edilməklə H.Həsənovun odlu silahla qəsdən öldürülməsi, Ş.Quliyev və D.Əsgərovun barəsində isə heç bir dövlət tərəfindən tanınmayan, qondarma "Dağlıq Qarabağ respublikası" adından saxta ittihamlar irəli sürülərək hökm çıxarılması faktları üzrə Kəlbəcər rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 115.2 (Müharibə qanunlarını və adətlərini pozma), 115.4, 116.0 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci maddələri ilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Azərbaycanın Baş prokuroru Zakir Qaralovun xüsusi nəzarətinə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti