...

Nalbandyan Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2015 15:28 (UTC +04:00)
Edvard Nalbandyan fevralın 5-7-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşəcək.
Nalbandyan Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 5-7-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşəcək. Trend xəbər verir ki, bu barədə Ermənistan XİN-in İctimaiyyətlə əlaqələr və informasiya idarəsinin yaydığı məlumatda deyilir.

Səfər çərçivəsində E.Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Krakovda Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti