...

"Türkiyə Azərbaycana kömək edəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2015 16:03 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycana kömək edəcək.
"Türkiyə Azərbaycana kömək edəcək"

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Cəmilə Cəfərova/

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycana kömək edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini və tərəflər arasında sülh danışıqlarını dəstəkləyir".

Diplomat qeyd edib ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini də tam dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə nizamlanacağına inanır: "Nə olursa olsun, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində və ən qısa zamanda Azərbaycan torpaqlarının qaytarılmasında hər zaman Azərbaycana kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti