...

Ermənilər atəşkəsi 50 dəfə pozdular

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2015 09:46 (UTC +04:00)
Ötən gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.
Ermənilər atəşkəsi 50 dəfə pozdular

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti