...

Səfirlik: Britaniya qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2015 15:15 (UTC +04:00)
Böyük Britaniya qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır və ölkə hökumətinin onun nümayəndələri ilə heç bir əlaqəsi yoxdur.
Səfirlik: Britaniya qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Böyük Britaniya qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır və ölkə hökumətinin onun nümayəndələri ilə heç bir əlaqəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir.

Səfirlik məlumatı separatçı rejimin rəhbəri Bako Saakyanın Britaniyaya mümkün səfəri ilə əlaqədar yayıb.

Britaniya səfirliyinin "Facebook" səhifəsində yerləşdirilən məlumatda deyilir: "B.Saakyanın Böyük Britaniyaya səfəri şəxsi xarakter daşıyır və hökumətin bu səfərlə heç bir əlaqəsi yoxdur. "Chatham House" müstəqil institutdur və öz tədbirinə istədiyi şəxsi dəvət etmək hüququ var. Qeyri-hökumət təşkilatlarının fəaliyyət azadlığı hüququnu nəzərə alaraq, hökumət bu institutun qərarına təsir edə bilməz və etməməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti