...

XİN: Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan tam iflas həddinə çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2015 18:43 (UTC +04:00)
Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb.
XİN: Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan tam iflas həddinə çatıb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Azərbaycan haqqında söylədiyi fikirləri şərh edərkən deyib.

O, qeyd edib ki, Ş.Koçaryanın söylədiyi fikirlər xüsusi şərhə layiq olmasa da, bu şəxsin institusional yaddaş zəifliyindən əziyyət çəkdiyini görərək ona küçələrə çıxaraq paytaxt Yerevan və ölkəni bürümüş kütləvi iğtişaşlara baxmağı xatırlatmaq istərdik: "Demokratiya, insan hüquqları və tolerantlıq Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur, o ki qaldı digər dövlətlər barəsində şərh verilsin".

H.Hacıyev bildirib ki, Ermənistanın hərbi xuntasının yürütdüyü uğursuz daxili və xarici siyasətin, o cümlədən Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb: "Əhalisinin 50 faizdən artığı ifrat yoxsulluq şəraitində olan, xarici borcu ümumdaxili məhsulu bir neçə dəfə üstələyən, demoqrafik böhran şəraitində olan Ermənistan tarixi reallıqdan məhrum "mifik soyqırımı" digər ölkələrin parlamentlərində deyil, əsl faciəni Ermənistanın "njdexeizm" adlı faşist ideologiyasına xidmət edən hərbi diktatura rejiminin əməllərində axtarmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti