...

Türkiyə Baş Qərargah rəisi Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2015 12:13 (UTC +04:00)
Türkiyə Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir.
Türkiyə Baş Qərargah rəisi Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir (ÖZƏL)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Azərbaycanın ərazi bütövlüyünə qarşı ikili standartları qəbul etmir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə nizamlanması üçün Türkiyənin dəstəyi davam edəcək.

Bunu Trend-ə müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq ictimaiyyətin Ukrayna problemində göstərdiyi həssaslığı Dağlıq Qarabağ münaqişəsində də göstərməsini gözləyir.

H.Akar qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ("Çıraqov və digərlərinin Ermənistana qarşı" işi) 2015-ci ilin iyun ayında çıxarmış olduğu qərar Azərbaycanın mövqeyinin haqlı olduğunu bir daha göstərdi və önəmli dönüş nöqtəsi oldu: "AİHM həm Ermənistanın haqsız mövqeyini təsbit etdi, həm də bu ölkənin münaqişədə əsas məsuliyyət daşıdığını ilk dəfə hüquqi baxımdan sübut etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti