...

Ceyms Uorlik: Qaçqınlara və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2015 12:06 (UTC +04:00)
Qaçqınların problemlərinə məhəl qoyulmazsa, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil.
Ceyms Uorlik: Qaçqınlara və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Qaçqınların problemlərinə məhəl qoyulmazsa, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil. Trend-in "News.am" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Yerevanda deyib.

C.Uorlik qeyd edib ki, problem həmişə açıq müzakirə olunmur: "Regionda yüz minlərlə qaçqın var. Onlara qulaq asmaq lazımdır".

C.Uorlik əlavə edib ki, qaçqınlara və ölkə daxilində yerini dəyişən şəxslərə öz evlərinə qayıtmaq imkanı verilməlidir.

Diplomat bildirib ki, Azərbaycana qarşıdakı səfəri zamanı Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri oktyabrın 28-də Azərbaycan səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti