...

İtaliyalı jurnalist Dağlıq Qarabağ həqiqətlərindən yazdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2015 14:41 (UTC +04:00)
İtaliyalı jurnalist Alberto Palladino ölkəsinin mətbuat orqanında Dağlıq Qarabağ həqiqətlərindən məqalə yazıb.
İtaliyalı jurnalist Dağlıq Qarabağ həqiqətlərindən yazdı

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

İtaliyalı jurnalist Alberto Palladino ölkəsinin mətbuat orqanında Dağlıq Qarabağ həqiqətlərindən məqalə yazıb.

Trend-in məlumatına görə, müəllif yazıda qeyd edir ki, söhbət sadəcə bir neçə kənd və bir neçə rayon uğrunda olan mübarizədən getmir, söhbət təbii resursların və mühüm strateji mövqeləri olan bir coğrafi ərazinin nəzarəti və ya destabilizasiyası üçün gedən açıq güc oyunundan gedir və bu, təəssüf ki, hələ də haqq-ədalətin bərpa olunmasını gözləyən, yerində addımlayaraq və öz mövcudluq səbəbini global balansa, təbii ehtiyatlar üstündə mübarizəyə qurban verən beynəlxalq təşkilatlara ümid edənlər üçün acı bir həqiqətdir.

Yazıda Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyi, BMT-nin qətnamələrinə əməl etmədiyi qeyd olunur.

Müəllif yazıda Qarabağın tarixi haqqında geniş fikir söyləyib.

Qeyd edək ki, italiyalı jurnalist Alberto Palladino "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan - Həqiqətlər və Reallıqlar" layihəsi zamanı Azərbaycanda səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti