...

Dağlıq Qarabağ tənzimlənməsi 2015-ci ilin yekunu və 2016-cı il üçün inkişaf perspektivləri - Fransa

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2016 14:34 (UTC +04:00)
Ermənistan prezidenti S.Sərkisyan 2014-cü ilin sonunda prezident F.Olandın təşəbbüsü ilə Parisdə təşkil olunan Azərbaycan və Ermənistan prezidentlərin görüşünə təhqirlə cavab verdi.
Dağlıq Qarabağ tənzimlənməsi 2015-ci ilin yekunu və 2016-cı il üçün inkişaf perspektivləri - Fransa

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Ermənistan prezidenti S.Sərkisyan 2014-cü ilin sonunda prezident F.Olandın təşəbbüsü ilə Parisdə təşkil olunan Azərbaycan və Ermənistan prezidentlərin görüşünə təhqirlə cavab verdi. Parisdən qayıdan kimi S.Sərkisyan Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarix boyu ən böyük hərbi təlimini keçirdi. Ermənistan helikopterinin vurulması da məhz bu hərbi təlim zamanı baş verdi. Ermənistan prezidenti Fransa prezidentinin təşəbbüsünü gözdən salmağa, onu təhqir etməyə sanki çoxdan hazırlaşıbmış. 2015-ci il Fransa-Ermənistan münasibətləri üçün 2014-cü ilin bu hadisəsi ilə başladı.

2015-ci ildə Fransanın siyasətinin ermənipərəstliyi maksimuma çatdı. Fransanın ermənipərəstliyi qarşılıqsız və bir istiqamətli idi. Fransanın ermənipərəstliyinin əsas istiqaməti Ermənistanın Dağlıq Qarabağda işğalçılığına dəstək üzərində qurulmuşdu.

Fransa-senatorları, siyasiləri Ermənistanın işğalçılığını aktiv şəkildə dəstəkləyən, təmas xəttində olan yeganə dövlətdir.

2015-ci ildə Fransa-Ermənistan münasibətlərində baş verənləri aşağıdakı kimi sistemləşdirmək mümkündür:

ı. Fransa Ermənistanın işğalçılıq siyasətinə öz senatorları, deputatları və siyasiləri vasitəsilə ciddi dəstək verdi. 2015-ci ildə ən azı iki dəfə Fransa senatorları, deputatları Azərbaycanın işğal olunmuş ərazilərində ön xətdə, birbaşa hərbi əməliyyatlar riski çox olan ərazilərdə oldu. Afrikadan tutmuş ABŞ-a qədər heç bir başqa dövlətin parlamentariləri və yüksək çinli rəsmiləri belə addım atmayıb. Bu proseslərin hamısı Fransanın Ermənistandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə baş verdi.

ıı. Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyan 2 dəfə Fransada oldu.

ııı. Fransanın ayrı-ayrı şəhərləri ilə Dağlıq Qarabağın ayrı-ayrı regionları arasında əməkdaşlıq müqavilələri imzalandı.

ıv. Fransa-Dağlıq Qarabağ Dostluq Qrupu rəsmən yaradıldı.

v. "Oranje" mobil operatoru səhmlərini dəyər- dəyməzinə Ermənistanın maliyyə naziri Q.Xaçaturyanın "Uçom" şirkətinə satıb, Ermənistanı tərk etdi.

Ermənistanın Fransanın əndazəni aşan ermənipərəstliyinə cavabı da analoqu olmayan cavab olsa da ermənilər üçün standart yanaşmadır.

Fransanın Ermənistanın işğalçılıq siyasətinə verdiyi dəstək tarixi maksimuma çatdı və bundan sonra zəifləmə prosesi başladı.

ı. Fransa mərkəzi orqanları Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadıqlarını Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər.

ıı. Fransanın mərkəzi icra hakimiyyət orqanları Dağlıq Qarabağla əməkdaşlıq müqavilələri imzalamış regionların strukturları ilə geniş izah işi aparıb. İmzaladıqları müqavilələrin hüquqi əhəmiyyətinin olmadığını başa saldılar. Nəticədə, o müqavilələrin heç biri fəaliyyətə başlamadı.

ııı. Frankofoniyanın Ermənistanda keçirilən beynəlxalq konfransı Dağlıq Qarabağ məsələsinə heç bir münasibət bildirmədi. Ermənistanın bu konfransı təşkil etməkdə məqsədi "erməni soyqırımı" Dağlıq Qarabağ məsələsi Frankofoniya üzvü olan dövlətlərin dəstəyini qazanmaq idi. Ermənistan Frankofoniya üzvü olan Afrika dövlətlərinin regional vəziyyəti bilməmələrindən öz maraqları üçün istifadə etmək niyyətində idi. Tədbirin kuratoru olan Fransanın Avropa məsələləri üzrə naziri A.Dezir Ermənistanın bu hiyləsinin baş tutmasına imkan vermədi. A.Dezir həm də Ermənistanı Belqrad ministerialında da təmsil etdi.

Fransanın 2016-cı il üçün Dağlıq Qarabağ tənzimlənməsində heç bir yeni resursu yoxdur. Bu da onun Dağlıq Qarabağ tənzimlənməsində sadəcə müşahidəçi qismində qalmasına səbəb olacaq. Beləliklə, hətta Fransanın Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin təmsilçisi rolundan kənarlaşdırılması məsələsi gündəliyə gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti