Bakı. Anaxanım Hidayətova - Trend:
Azərbaycan və Ermənistan arasında gələcək əməkdaşlığın əsasını qoymaq vacibdir.
Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik AŞ PA-nın qəbul etdiyi "Azərbaycanın sərhədyanı ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnaməni şərh edərkən deyib.
Onun sözlərinə görə, gələcək əməkdaşlığın aspektlərindən biri su resursları ola bilər: "Biz ümid edirik ki, təcrübəli texniki ekspertlər bütün regionun marağına uyğun olan bu və ya digər məsələləri müzakirə edə biləcəklər".