...

RF XİN: Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2016 18:12 (UTC +04:00)
Rusiya və ABŞ birgə beynəlxalq mexanizmlər çərçivəsində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə birgə işləyirlər.
RF XİN: Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyir

Moskva. Orxan Yolçuyev - Trend:

Rusiya və ABŞ birgə beynəlxalq mexanizmlər çərçivəsində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə birgə işləyirlər.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Moskva və Vaşinqtonun bütün məsələlər üzrə mövcud yanaşmalarının eyni olduğunu və ya üst-üstə düşdüyünü söyləmək olmaz: "Buna baxmayaraq, həll yollarını axtarırıq və bunun üçün diplomatiyadan istifadə edirik. Diplomatiya məhz müxtəlif yanaşmalar zamanı bu mövqeləri yaxınlaşdırmaq üçündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti