...

Ağcabədi rayonunda tank əleyhinə mina aşkar olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2016 00:20 (UTC +04:00)
Azərbaycanın Ağcabədi rayonunda tank əleyhinə mina aşkar olunub.
Ağcabədi rayonunda tank əleyhinə mina aşkar olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ağcabədi rayonunda tank əleyhinə mina aşkar olunub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Şıxarx kəndi - 2 ev və həyətyanı sahəyə, 2 otlaq sahəsinə, ümumilikdə 4 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 37 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 19 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin)

Cəmilli kəndi - 1 əkin və 1 otlaq sahəsində ümumilikdə 6 partlayış yerinə baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 2 ev və həyatyanı sahə 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) və 1 ədəd 122 mm-lik top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 140 kv. m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi - Qar-Qar çayının sahilində 1 ədəd TM-62M tank əleyhinə mina aşkar olunub, minanın daşınması mümkün olmadığı üçün 06.06.2016-cı il tarixində yerində partladılması nəzərdə tutulur. Nəticə etibarı ilə aşkar olunmuş minanın ətrafındakı 3 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin)

05 İyun tarixində 4 ev və həyətyanı sahə, 6 otlaq sahəsi, 1 əkin sahəsi və 1 çay sahilində 14 partlayış yerinə baxış keçirilmiş, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 37 mm-lik top mərmisi və 3 ədəd 9M22U (Qrad) raketinin mühərrik hissəsi) və 1 ədəd TM-62M tank əleyhinə mina aşkar olunaraq götürülüb və gün ərzində 33 640 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 05 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 577 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilİB, 1 498 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti