Bakı. Anaxanım Hidayətova - Trend:
Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Almaniyadakı sədrliyinin “Tvitter”dəki mikrobloqunda bildirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə müzakirələr aparılıb.