...

Lavrov və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2016 13:25 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Lavrov və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Trend-in Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, S.Lavrov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərini müzakirə edib.

Həmsədrlər rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik nazirlə mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sammitlərdə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişatı daxil olmaqla, Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

Tərəflər, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyəti müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti