...

Lavrov: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2016 17:12 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər.
Lavrov: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Türkiyə regionda normal qarşılıqlı iqtisadi fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər: “Bu həmişə diqqət yetirdiyimiz vacib faktordur”.

Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici olacaq: “Türkiyə bütün regionda logistik, nəqliyyat, infrastruktur sahələrində qarşılıqlı fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti