...

Səməd Seyidov: Ermənistan məhkəməyə çağırılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2016 13:03 (UTC +04:00)
Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan Ermənistan məhkəməyə çağırılmalıdır.
Səməd Seyidov: Ermənistan məhkəməyə çağırılmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan Ermənistan məhkəməyə çağırılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

S.Seyidov qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir:

“Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var. Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik”.

S.Seyidov qeyd edib ki, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti