...

Bahar Muradova: ATƏT-in yeni sədrinin fəallığı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxaracaqmı?!

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2017 12:23 (UTC +04:00)
ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib.
Bahar Muradova: ATƏT-in yeni sədrinin fəallığı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gətirib çıxaracaqmı?!

Bakı. İlhamə İsabalayeva - Trend:

"ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib. Biz buna şübhə etmirik. Amma bu fəallıq məsələnin ədalətli həllinə gətirib çıxaracaqmı?! Sebastyan Kurts bu məsələyə töhfə verə biləcəkmi?!"

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə bildirib.

B.Muradova qeyd edib ki, bu suallara indidən birmənalı şəkildə konkret cavab vermək mümkün deyil. Çünki Azərbaycan artıq neçə ildir ki, müəyyən proqnozların özünü doğrultmadığını görür.

Milli Məclis sədrinin müavini əlavə edib ki, məsələnin sülh yolu ilə həllinə çalışmaq lazımdır: “Bir qayda olaraq, Minsk qrupunun həmsədrləri buna cağırış edirlər, amma ortada konkret nəticə yoxdur. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bilərdik. Amma ümumilikdə, “fəal olacağıq, bu məsələni gündəlikdə saxlamağa çalışacağıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.

B.Muradova əlavə edib ki, Azərbaycan hər bir zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını bildirib: “Əlbəttə ki, biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Onların ümumilikdə fəaliyyəti hər zaman bir fəal münasibət ortaya qoyduğunu göstərir. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik ki, bu da ədalətli mövqedir. Bir qayda olaraq, həmsədrlər bölgəyə çoxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.

Xatırladaq ki, ATƏT-in yeni sədri - Avstriyanın xarici işlər naziri S.Kurts Dağlıq Qarabağ münaqişəsinin həllinə Minsk qrupu çərçivəsində dəstəyi davam etdirəcəyini vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti